Şamaxı Yaradıcılıq Mərkəzində Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırovun fotolarından və “Qeyd” Sosial Maarifləndirmə İctimai Birliyinin (İB) təqdim etdiyi fotoxalçalardan ibarət “Heydər Əliyev və mədəniyyət” adlı sərgi keçirilib.
Dağlıq Şirvan RMİ, Şamaxı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət, təhsil və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şamaxının icra başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, “Qeyd” İB-nin sədri Tural Nurməmmədov, Əməkdar jurnalist Etibar Babayev və sərginin müəllifi Rafiq Bağırov Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, mədəniyyətimizin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən söhbət açıblar.
Daha sonra sərgiyə baxış olub. Təqdim olunan əsərlər əsasən Ümummilli liderin mədəniyyət və incəsənətimizə göstərdiyi diqqət və qayğını özündə ehtiva edən nümunələrdir.