Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Hədiyyəli qatar” adlı konsert proqramı təşkil olunub.

Filarmoniyanın “Şəms” uşaq xoru, vokal sinfi, “Musiqili uşaq teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, uşaq folklor rəqs ansamblı maraqlı proqramla çıxış edib.

Rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə zəngin olan proqram maraqla qarşılanıb.