Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Şıxəliyevanın təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “Nağıllar aləmində Yeni il” adlı sərgi keçirilib.

Məktəbin nəzəriyyə ixtisası üzrə müəllimi, musiqişünas Leyla Həsənova tədbiri açaraq xoreoqrafiya və rəssamlıq şöbələri şagirdlərinin əl işləri barədə məlumat verib.

Sərgidə məktəbin şagirdlərinin rəngarəng əl işləri nümayiş olunub.

Xalq çalğı alətləri şöbəsinin şagirdləri, “Buta” qanun ansamblı, “Səbinə” rəqs qrupu, xanəndə və vokal şöbəsi şagirdlərinin ifasında bir-birindən gözəl ifalar səslənib.

Tədbirin sonunda məktəbin direktoru Əməkdar artist, dosent Əziz Qarayusifli şagirdlərə diplomlar və hədiyyələr təqdim edib.