26 dekabr 2023-cü il tarixində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda Apellyasiya Şurasının üzvləri - Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyev, Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov iştirak etmişdir.

İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən 14.09.2023-cü il tarixində elan edilmiş daxili müsahibə üzrə keçirilmiş müsahibənin nəticəsinə yenidən baxılması ilə bağlı apellyasiya şikayətinə baxılmışdır.

İclas zamanı namizədin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibənin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunmuşdur. Muxtarlı Dadaş Muxtar oğlu ilə keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən namizədin iştirakı ilə müzakirə olunmuşdur. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərar qəbul edilmişdir.

Muxtarlı Dadaş Muxtar oğlunun şikayəti ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərara əsasən həmin namizədlə əvvəl keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək iddia etdiyi vəzifəyə uyğun hesab edilmişdir.