AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin təşkilatçılığı “İraq türkmənlərinin etnoqrafiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İnstitutdan bildirilib ki, konfransda İraqdan və Türkiyədən olan alimlər onlayn şəkildə iştirak ediblər.

Güllü Yoloğlunun moderatorluq etdiyi konfransda akademik Teymur Kərimli, Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev çıxış edərək mövzunun aktuallığından danışıblar.

Daha sonra “İraq türkmənləri ilə ilk tanışlıq”, “İraq türkmənlərinin Azərbaycanla bağlılığı Heydər Əliyev və İhsan Doğramaçı nümunəsində”, “Kərkük mətbuatı haqqında”, “İraq türkmənlərinin musiqi alətləri və ifa tərzləri – təmbur”, “İraqda yaşayan türkmənlərin problemləri”, “Türkmən və Azərbaycan türklərinin ortaq etnoqrafik dəyərləri (müqayisəli tədqiqat)”, “Haşim Nahid Ərbilin “İraq türkləri” silsilə yazılarında dil və ədəbiyyat məsələləri”, “Kərkükdə sənətkarlıq”, “İraq türkmən mərasimləri (müqayisəli-etnoqrafik məlumat)” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.