Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 2024-cü ilin ilk premyerasını çox gözlətməyəcək. Yanvarın 13-də rus ədəbi Valentin Krasnoqorovun eyniadlı pyesi əsasında hazırlanan “Üç gözəl” lirik komediyası teatrsevərlərin görüşünə gələcək.

Pyesin məzmunu belədir ki, adi axşamların birində üç rəfiqə qərara alırlar ki, həyatlarında dönüş etsinlər – əsl məhəbbətin axtarışına çıxsınlar. Müxtəlif xarakterli fərqdi taleli üç rəfiqə, üç gözəl qadın öz həyatını kökündən dəyişməyə qərar verir.

Deməli, yaşınız ötsə belə, əlinizi üzməyə dəyməz: xoşbəxtlik hələ də qapınızı döyə bilər.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir. Əməkdar mədəniyyət işçiləri Aleksandr Fyodorov (dekorasiya üzrə rəssam), Olqa Abbasova (geyim üzrə rəssam) və Vladimir Neverov (musiqi tərtibatçısı) tamaşanın ərsəyə gəlməsinə əmək sərf ediblər.

“Üç gözəl”ə gəlincə isə, tamaşaçılar səhnədə teatrın üç gözəl aktrisasını – Xalq artisti Ayan Mirqasımova, Əməkdar artist Mələk Abaszadə və aktrisa Mədinə Mullayevanı görəcəklər.

G.Mirməmməd