“Sotheby’s” auksionu və Londonda yerləşən incəsənət bazarının araşdırma firması olan “ArtTactic” tərəfindən dərc edilən hesabata əsasən, Pablo Pikasso, Klod Mone, Endi Uorhol, Jan-Mişel Basqia və Gerhard Rixterin əsərləri 1 milyon dollar və ya daha çox dəyərində olan ən yaxşı 50 rəssamın siyahısında ilk beşliyi tutur.

Reytinq “Christie’s”, “Phillips” və “Sotheby’s” tərəfindən 2018-ci ildən 2022-ci ilə qədər keçirilmiş hərracların nəticələrinə görə tərtib edilib.

Son ilin, daha dəqiqi, 2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər olan məlumatlara əsasən isə ən yaxşı satış dinamikası nümayiş etdirən rəssamların reytinqinə Casper Cons, Lusian Freyd, Pol Qoqen, Vasili Kandinski və Villem de Kuninq daxildir.