Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzi və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” münasibətilə tədbir keçirilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə Ümummilli liderin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətləri ilə bağlı məruzə dinlənilib.
Daha sonra film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin əməkdaşları, “Oğuzlar” folklor xalq ansamblının solistləri şeirlər söyləyib, mahnılar səsləndiriblər.