Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyi münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru Əməkdar artist Nicat Kazımovla görüş keçirilib.

Görüşdə BXA-nın müəllim heyəti, tam orta təhsil, orta ixtisas təhsili və bakalavr pillələrinin şagird və tələbələri iştirak ediblər.

Nicat Kazımov rəqs sənətinin aktyorluq sənəti ilə sıx əlaqəsindən danışıb. Bildirib ki, rəqqas və rəqqasələr səhnədə rəqsin motivini tamaşaçıya olduğu kimi çatdırmaq üçün mütləq şəkildə aktyorluq bacarıqlarını nümayiş etdirirlər. Burada icra etdikləri əl-qol hərəkətləri, duruş, mimika və jestlər onların peşəkarlıq səviyyəsini daha da artırır.

Rejissor qarşıdakı yaradıcılıq planları haqqında da məlumat verib, sualları cavablandırıb.

Qeyd edək ki, Nicat Kazımov həm də BXA-da rejissor və aktyor sənəti ixtisasları üzrə pedaqoji fəaliyyət göstərir.