Səttar Bəhlulzadənin Ev-Muzeyində "Heydər Əliyev obrazı uşaqların gözü ilə" adlı tədbir keçirilib.

Dekabrın 26-da gerçəkləşən tədbirdə S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya, 118, 141, 84 və 89 nömrəli tam orta məktəblərin şagirdlərinin çəkdiyi portretlərdən ibarət sərgi təşkil edilib. 97 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Ümummilli liderə həsr olunmuş şeirlər səsləndirilib.

Səttar Bəhlulzadənin Ev-Muzeyinin direktoru Pərzad Abdinova çıxış edərək qonaqları salamlayıb, Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına diqqət və qayğısından danışıb.

Ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda fəal şagirdlərə hədiyyələr təqdim edilib.