Dekabrın 30-da Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə "Heydər Əliyev rəssamlarla" adlı fotosərginin açılış mərasimi keçirilib.
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gerçəkləşən sərginin açılışında mədəniyyət naziri Adil Kərimli, İttifaqın sədri, Xalq rəssamı Fərhad Xəlilov, tanınmış fırça ustaları və sənətsevərlər iştirak ediblər.
Sərgidə mədəniyyətimizin böyük himayədarı, Ulu Öndər Heydər Əliyevin vaxtilə ziyarət etdiyi rəsm sərgilərindən çəkilmiş fotolar nümayiş etdirilib.