Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” adlı sənət layihəsi keçiriləcək.
Əsas məqsəd regionlarda Azərbaycan klassik nümunələrini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi, folklor musiqisini müasir gəncliyə çatdırmaqdır.
Layihə çərçivəsində 8-14 yanvar tarixlərində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) əsərlərindən ibarət “Musiqi paradı” təşkil ediləcək.
Layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunacaq.