Müxtəlif vaxtlarda Türkiyədən aparılmış 3059 əsər 2023-cü ildə geri qaytarılıb.
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
Bildirilib ki, il ərzində Bolqarıstan, İtaliya, ABŞ və İsveçrədən bir sıra tarixi-mədəni nümunələr – imperator heykəlcikləri, sikkələr, tunc heykəl, mərmər imperator heykəlcikləri, eramızın ikinci əsrinə aid kitabə, tunc qablar və s. ölkəyə qaytarılıb.
Nazir yeni qədəm qoyduğumuz 2024-cü ildə də zaman-zaman Türkiyədən qeyri-qanuni yollarla aparılmış əsərlərin geri qaytarılması üçün işlərin davam etdiriləcəyini deyib.
Qeyd edək ki, 2022-ci ildə bu qəbildən 1121 əsər Türkiyəyə qaytarılmışdı.
Lalə Azəri