Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) dövlət başçısının 27 noyabr 2020-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020 – 2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir.
Uşaqların ədəbi-bədii yaradıcılığının inkişaf etdirilməsi, istedadlı uşaqlara dəstək məqsədilə MKS-nin Mərkəzi Kitabxanasında müxtəlif sərgilər təşkil olunur.
Kitabxananın oxucusu, gənc rəssam İbrahim Həşimovun sərgisi açılıb. Bir ay davam edəcək sərgidə müəllifin karandaş və yağlı boya ilə çəkdiyi portret və natürmortlar nümayiş olunur.
Qeyd edək ki, İbrahim Həşimov 2007-ci ildə Bakıda anadan olub. C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbi bitirib. Uşaqlıq illərindən təsviri sənətə maraq göstərib.