AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları Türkiyənin paytaxtı Ankarada keçirilən IX Beynəlxalq Ankara Elmi Araşdırmalar Konqresində iştirak ediblər.
İnstitutdan bildirilib ki, tədbirdə Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova “Mədəni konnotasiya linqvokulturoloji kateqoriya kimi”, Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi Sevinc Səfərova “Azərbaycan ədəbi dili və köməkçi adlar” mövzularında məruzə ilə çıxış ediblər.
Aytən Bəylərova, eyni zamanda, konqresin ilk iclasının moderatoru olub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.