Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertlər ötən ilin dekabr ayında da davam edib.

Konsertlər filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında gerçəkləşib.

Dekabrın 2-də Azərbaycan Dövlət Fortepiano Triosunun Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət “Musiqidə rəqs janrı” adlı konsert keçirilib.

Dekabrın 16-da “Cadenza” orkestrinin konserti təşkil olunub. Solistlər – beynəlxalq müsabiqələr laureatları Surə Rüfət (violin) və Kamran Talıblı (fleyta) öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Dekabrın 30-da isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş gənc istedadların konserti keçirilib. Solistlər Nüşabə Əlizadə, Aysel Piriyeva, Gülay Əlimərdanbəyli, Fatimə Hüseynova, Fuad Abbaszadə, Mehin Zalıyeva, Aylin Babazadə, Zəhra Zeynalova, Ayxan Quluzadə, Camal Əliyev, Fərəh Əliyeva, Aylin Abdullayeva, Zeynəb Əlizadə, Tomris Eyvazlı (hamısı piano), İbrahim Abbasov, Raul Qəhrəmanlı (hər ikisi tar) “Şəms-Qəmər” kamera xoru (bədii rəhbər Leyla Zalıyeva, xormeyster Xanımana Məmmədzadə) və Bakı klarnet xoru” (bədii rəhbər Şərif Bağırov) rəngarəng proqramla dinləyicilərin könlünü oxşayıblar.