AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovun “Azərbaycan albanşünaslığının (Qafqaz) tarixinə dair” adlı kitabı işıq üzü görüb.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevadır.
Qafqaz Albaniyasının dünya üzrə tədqiqinin xronoloji əsasda tərtib olunduğu kitabda illərin daxilində araşdırma əsərlərinin yazıldığı dillər əsas götürülüb, müvafiq dillər daxilində əsərlər əlifba sırası ilə verilib.
Kitab Qafqaz Albaniyasına dair tədqiqat aparan mütəxəssislər, ümumiyyətlə, bu qədim Azərbaycan dövlətinin tarixinə maraq göstərənlər üçün faydalı mənbədir.