Ağsu rayonu Gəgəli bələdiyyəsinin “Tərəkəmə yurdu” folklor turizmi məkanında Abbas Mirzə Şərifzadə adına Şamaxı Xalq teatrının “Qarlar kraliçası və Ayaz ata Tərəkəmə yurdunda” adlı Yeni il tamaşası təqdim olunub.
Tamaşanın quruluşu Əbdül Məcidliyə, musiqi tərtibatı Ruslan Adıgözəlova məxsusdur. Musiqiləri Ruslan Adıgözəlov, Leyla Kərimova və Faiq Mirzəyev, rolları Fəridə Xəlilli, Leyla İslamova, Elvin Abdullayev, Xəyal Quliyev, Əbdül Məcidli, Ceyhun Pənahov ifa ediblər.
Gəgəli kəndinin I-IV sinif məktəbliləri tamaşaya baxdıqdan sonra personajların iştirakı ilə viktorina keçirilib. Fərqlənən beş məktəbliyə bələdiyyənin hədiyyələri təqdim olunub. Tamaşanı izləyən və viktorinada iştirak edən bütün məktəblilərə “Tərəkəmə yurdu folklor turizmi məkanı” kitabı verilib. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məktəblilər üçün kitabı imzalayıb.