Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən yanvarın 12-də saat 10:00-da İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 57) vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinləniləcək.