Dahi Üzeyir Hacıbəylinin şöhrəti dünyanı dolaşan 111 yaşlı “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrında növbəti dəfə tamaşaya hazırlanır.

Səhnə əsəri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev tərəfindən yeni quruluşda təqdim olunacaq.

Premyerası yanvarın 13-də olacaq tamaşanın orkestr rəhbəri Rüstəm Rahmedov, mətn üzrə redaktoru Şenol Talınlı, dekor və kostyum üzrə rəssamı Yusuf Toker, işıq üzrə rəssamı Ali Gökdemir, xoreoqrafı Özge Ay, konsertmeysteri isə Erkin Onaydır.

Qeyd edək ki, bu, Hafiz Quliyevin Ankara Dövlət Opera və Balet Teatrında ilk yaradıcılıq işi deyil. Rejissor bundan əvvəl 2003 və 2013-cü illərdə “Arşın mal alan”a fərqli heyətlərlə bu teatrın səhnəsində quruluş verib.

Lalə