AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan “Asiya ədəbiyyatı araşdırmaları” kitabı çapdan çıxıb.
Nəşrin elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, rəyçisi filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyevadır.
Kitabda Pakistan, Çin, hind, əfqan, İndoneziya, Koreya, yapon, qazax, özbək ədəbiyyatlarının ayrı-ayrı problemləri və şəxsiyyətləri ilə bağlı məqalələr yer alıb. Məqalələrdə ilk dəfə olaraq Asiya ədəbiyyatı ədəbiyyatşünaslıq aspektindən dəyərləndirilir, yeni elmi qənaətlərə gəlinir.