Yanvarın 12-də Sabirabad şəhərindəki “Hophopnamə” kitab mərkəzində “İkinci həyat” adlı kitab sərgisi keçiriləcək.
Sərgi 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə əlaqədar reallaşacaq.
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsi, “Hophopnamə” kitab mərkəzi və “Mücrü” nəşriyyatının təşkilatçılığı ilə keçiriləcək sərginin məqsədi regionlarda mütaliəyə olan marağın artırılmasıdır.
Sərgidə yer alacaq bütün kitablar 1-2 manatlıq simvolik qiymətlə satışa çıxarılacaq.