Yazıçı, dramaturq, ssenarist İsmayıl İmanın “Əziz atam” əsəri Rusiyada keçirilən “İlk hadisə – XXI əsr" Beynəlxalq müasir dramaturgiya müsabiqəsinin proqramına daxil edilib.
Əsər müsabiqənin “XXI əsr” nominasiyası üzrə qısa siyahısında yer alıb. Müsabiqəyə əsərlərin qəbulu ötən ilin sentyabrında yekunlaşıb və ümumilikdə 376 əsər 4 nominasiya üzrə yarışacaq. Qaliblər yanvarın sonunda elan olunacaq.
Qeyd edək ki, teatrı sevən və teatr üçün rus dilində yazan, dünyanın istənilən guşəsində yaşayan hər kəs öz pyeslərini müsabiqəyə göndərə bilər.
“Sevil”, “Limbo”, “Astara bağları” və bir çox pyeslərin müəllifi olan İsmayıl İman çoxsaylı ədəbi müsabiqələrdə uğur qazanıb. “Mənim balaca şahzadəm” qısametrajlı animasiyasının ssenari müəllifidir.
Lalə