Türkiyənin Qara dəniz bölgəsi üzrə qeyri-hökumət təşkilatlarını bir araya gətirən KASTOB (Karadeniz Sivil Toplum Kuruluşları Konfederasyonu) beynəlxalq qısametrajlı film müsabiqəsinə film qəbulu elan edilib. Builki müsabiqə “Sahildə qadınlar” mövzusuna həsr olunub.
Beynəlxalq müsabiqəyə 2023-cü il dekabrın 25-dən sonra istehsal olunan 3-7 dəqiqəlik animasiya, bədii və sənədli filmləri olan müəlliflər müraciət edə bilərlər. Müraciət pulsuzdur və bir müəllif istənilən sayda film təqdim edə bilər. Filmlərin qəbulu fevralın 15-də başa çatır.
Layinənin məqsədi bədii və mədəni dəyəri yüksək olan orijinal və keyfiyyətli qısametrajlı filmlərin istehsalını təşviq etməkdir.
Ətraflı məlumatı təşkilatın saytında müvafiq linkdə (https://kastob.org.tr/tr/) əldə etmək olar. Qaliblərin 2024-cü ilin martında mükafatlandırılması planlaşdırılır.