Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət evində "Qonağımız var" layihəsi çərçivəsində tanınmış müğənni Aynur Dadaşova ilə görüş keçirilib.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Estrada müğənnisi çıxış edərək həyat və fəaliyyəti haqqında məlumat verib. Deyib ki, məktəbli ikən – 14 yaşında “7-17” mahnı müsabiqəsində iştirak edib, sonra böyük səhnələrə yolu açılıb.

A.Dadaşova sevilən mahnıları səsləndirib, tamaşaçıların suallarını cavablandırıb.

Musiqili görüş müğənninin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.