Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında uzun illər mədəniyyət sahəsində çalışmış Əliağa Mirzəyevin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə çıxış edənlər yubilyara təbriklərini çatdırıb, həyat və fəaliyyəti haqqında söz açıblar. Qeyd olunub ki, Ə.Mirzəyev uzun illər Mərdəkan Mədəniyyət Sarayına rəhbərlik edib, qəsəbədə mədəni mühitin inkişafı sahəsində səylərini əsirgəməyib.

Sonra Ə.Mirzəyevin həyat və yaradıcılıq yolunu əks etdirən fotoslayd nümayiş olunub. 

Bədii hissədə “Muğam” Televiziya Müsabiqəsinin qalibi Məmməd Nəcəfov, laureat Fərid Əliyev, Mərdəkan Mədəniyyət Sarayının solistləri, “Lalələr” və “Azad” rəqs kollektivləri çıxış ediblər.

Sonda yubilyara baş idarənin fəxri fərmanı təqdim olunub.