Polşanın ölkəmizdəki səfiri Rafal Poborski Milli Azərbaycan Tarixi Muzeyində olub. Bu barədə muzeydən məlumat verilib.

Muzeyin direktoru akademik Nailə Vəlixanlı ilə görüşdə Polşanın Azərbaycandakı tarixi irsi, Azərbaycan-Polşa mədəni-tarixi əlaqələri ilə bağlı müzakirələr aparılıb. Həmçinin Polşa tərəfi ilə muzey arasında səmərəli əməkdaşlıq layihələrindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, muzeyin yerləşdiyi, vaxtilə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olmuş tarixi bina polşalı memar İosif Qoslavskinin layihəsi ilə tikilib.

Sonra səfir binada fəaliyyət göstərən Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyini ziyarət edib. Qonağa muzeyin dəyərli eksponatları əsasında hazırlanmış nəşrlər hədiyyə olunub.