Əməkdar incəsənət xadimi, şair, tərcüməçi, ssenarist Baba Vəziroğlu (Baba Vəzir oğlu Məsimov) Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı yanvarın 11-də sərəncam imzalayıb.

Qeyd edək ki, yanvarın 10-da Baba Vəziroğlunun 70 yaşı tamam olub. Sənətkarı yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.