Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi təşkil edilib.

Yanvarın 12-də açılışı olan sərgidə 2022 - 2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində konservasiya olunmuş 30-dək eksponat təqdim edilir.

Ekspozisiyaya XVII–XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir.