Yanvarın 13-14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşanın premyerası olacaq.
Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsəri uşaqların sevimli nağıl qəhrəmanının başına gələn məzəli əhvalatlardan bəhs edir.
Uzun illər Gənc Tamaşaçılar Teatrının repertuarında olan bu tamaşa hazırda uşaqlar üçün yeni quruluşda, müasir üslubda hazırlanıb.
Səhnə əsərində rolları Aydan Həsənzadə, Xəyalə Qasımova, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Hilal Dəmirov, İlhan Sadıqov, Ramil Şamiloğlu və Ramiq Nəsirov ifa edirlər.