Cənubi Koreyanın Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Araşdırmaları İnstitutu tərəfindən “Türk humanitar elmlər ensiklopediyası” nəşr olunub.

8 cildlik nəşr Türk dünyası ölkələrinin (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva və Saxa Respublikası, həmçinin Çinin Sincan-Uyğur Muxtar Vilayəti) dili, ədəbiyyatı, tarixi, incəsənəti, coğrafiyası, folkloru və dinindən tutmuş bütün humanitar elm sahələrini əhatə edir.

Ensiklopediya 2018-2023-cü illərdə Koreya Milli Tədqiqat Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən fundamental elmi layihənin nəticəsi kimi ərsəyə gəlib. 21 müəllifin iştirak etdiyi layihəyə Avrasiya Türk Araşdırmaları İnstitutunun direktoru professor Eunkyung Oh şəxsən rəhbərlik edib.

Koreya dilində hazırlanan 8 cildlik nəşr 2000-dən çox söz və ümumilikdə 4500 səhifədən ibarətdir.

Ensiklopediya həm çap, həm də elektron variantda mövcuddur.

Kitabın bütün cildlərinin elektron versiyası ilə aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq mümkündür:

https://koryo-saram.site/wp-content/uploads/2024/01/encyclopedia-of-turkic-humanities_1.pdf
https://koryo-saram.site/wp-content/uploads/2024/01/encyclopedia-of-turkic-humanities_2.pdf
https://koryo-saram.site/wp-content/uploads/2024/01/encyclopedia-of-turkic-humanities_3.pdf
https://koryo-saram.site/wp-content/uploads/2024/01/encyclopedia-of-turkic-humanities_4.pdf
https://koryo-saram.site/wp-content/uploads/2024/01/encyclopedia-of-turkic-humanities_5.pdf
https://koryo-saram.site/wp-content/uploads/2024/01/encyclopedia-of-turkic-humanities_6.pdf
https://koryo-saram.site/wp-content/uploads/2024/01/encyclopedia-of-turkic-humanities_7.pdf
https://koryo-saram.site/wp-content/uploads/2024/01/encyclopedia-of-turkic-humanities_8.pdf

Nurəddin