М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Yanvarın 12-də gerçəkləşən konsertdə həmçinin bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyində Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış cello ifaçısı, Əməkdar artist Aleksey Miltıx çıxış edib.
Musiqi axşamında P.İ.Çaykovskinin “2 saylı simfoniya” (c-moll, op.17), B.Smetanın “Vltav” simfonik poeması və A.Dvorjakın “Cello və orkestr üçün konsert”i (H-dur, op.104) səsləndirilib. Musiqi nömrələri alqışlarla qarşılanıb.