Layihənin daha bir qonağı Xalq yazıçısı Natiq Rəsulzadə olub. Baş idarənin Xocasən qəsəbə klubunda yazıçı ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Natiq Rəsulzadə həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, "İntihar edənin gündəliyi", "Yağışlı bayram", "Adacıq" və digər geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan yazıçının ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Biz qayıdacağıq" kimi onlarla film çəkilib. Onun əsərləri bir çox xarici dildə dünyanın müxtəlif ölkələrində çap olunub, milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb.

Natiq Rəsulzadə çıxışında tələbəlik illərindən, jurnalist fəaliyyətindən, çoxşaxəli yaradıcılığından danışıb, görüş iştirakçılarının suallarını cavablandırıb.