BMT Ukraynada yaşayan və ölkəni tərk etmək məcburiyyətində qalan insanlara kömək üçün 4 milyard dollardan çox vəsait toplamağa çağırıb.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına istinadla məlumat yayılıb.
Bəyanatda deyilir ki, həmin məbləğin 3,1 milyard dolları Ukraynada yaşayan əhaliyə, 1,1 milyard dolları isə ölkəni tərk edən qaçqınlara və “onları qəbul edən icmalara” dəstək üçün lazımdır.
Hesablamalara görə, bu il Ukrayna əhalisinin təxminən 40 faizi və ya 14,6 milyondan çox ukraynalı humanitar yardıma ehtiyac duyacaq. Qaçqın düşən ukraynalı məktəblilərin yalnız yarısı hazırda təhsilini davam etdirir, qaçqınların isə yalnız 40-60 faizi işlə təmin olunub.