20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paytaxt Bakıda hazırlıqlara başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, Şəhidlər xiyabanında 20 Yanvarın otuz dördüncü ildönümü ilə bağlı hazırlıq işləri görülür.

Ənənəvi olaraq xiyaban ərazisində müxtəlifrəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.