Baş nazir Əli Əsədov yanvarın 11-də “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4249 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə dair tədbirlər planının həyata keçirilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Xatırladaq ki, dövlət başçısının müvafiq sərəncamında Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.