Xəbər verildiyi kimi, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində güclü yanğın və dağıntı ilə müşayiət olunan partlayış baş verib.
Hadisə zamanı ümumilikdə 24 nəfər xəsarət alıb, o cümlədən xilasedicilər tərəfindən dağıntılar altından 3 nəfər sağ çıxarılıb.
Ərazidə axtarış-xilasetmə əməliyyatı iki gün sürüb. Yanvarın 16-na olan məlumata görə, ümumilikdə 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanları tərəfindən təhqiqat işləri aparılır.