Tanınmış jurnalist Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra yanvarın 17-də, 54 yaşında dünyasını dəyişib.

Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunun Müsüslü kəndində anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb. Bir müddət müəllim işləyib. 1990-cı illərdən taleyini mətbuata yoluna bağlayıb. “525-ci qəzet”, “Azərbaycan”, “Yeni Müsavat” qəzetlərində, lent.az saytında müxtəlif vəzifələrdə çalışıb.

İstedadlı publisist bir sıra ölkələrdən hazırladığı maraqlı reportajlarla oxucuların rəğbətini qazanıb.

Allah rəhmət eləsin.