Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət Evində "Qonağımız var" layihəsi çərçivəsində tanınmış müğənni Elnarə Xəlilova ilə görüş keçirilib.

Görüşdə müğənninin həyat və fəaliyyəti haqqında məlumat verilib, ona məşhurluq gətirən mahnılarından söhbət açılıb.

Daha sonra Elnarə Xəlilova sevilən mahnılarını səsləndirib, tamaşaçıların suallarını cavablandırıb.

Sonda görüş “Səma” rəqs kollektivinin müşayiəti ilə müğənninin ifasında "Vətən oğlu" mahnısı ilə sona çatıb.

***

Layihə çərçivəsində daha bir görüş baş idarənin Binəqədi Mərkəzi Mədəniyyət evində gerçəkləşib. Bu dəfə rəqqasə Fatimə Fətəliyeva qəsəbə sakinlərinin görüşünə gəlib.

Tədbirin aparıcısı Fatimə Fətəliyevanın həyatı və səhnə fəaliyyəti haqqında tamaşaçılara məlumat verib.

Rəqqasə ifa etdiyi rəqslərdən danışıb, iştirakçıların suallarına ətraflı cavab verib.

Fatimə Fətəliyevanın sonda ifa etdiyi "Xarıbülbül” rəqsi alqışlarla qarşılanıb.