20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə mühazirə təşkil olunub.
Bu barədə muzeydən məlumat verilib.
Şöbənin elmi işçisi İlahə Sarıyeva mühazirəsində 1990-cı illərdə ölkəmizdə siyasi vəziyyətlə bağlı məlumat verib, 20 Yanvar hadisələrindən, onun dəhşətlərindən danışıb. Vurğulanıb ki, 20 Yanvar xalqımızın qan yaddaşından heç zaman silinməyəcək.
Mühazirə zamanı muzeyin eksponatları əsasında hazırlanmış “20 Yanvar şəhidləri” kataloqundakı şəkillər də nümayiş olunub.