20 Yanvarın 34-cü ildönümü münasibətilə yanvarın 18-də Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib.
Anım tədbirində 20 Yanvarın xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü olduğu qeyd edilib. 1990-cı ilin yanvarında şəhid olanların, eləcə də suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün Vətən övladlarının xatirəsi xalqımız tərəfindən hər zaman minnətdarlıq duyğusu ilə yad olunduğu vurğulanıb.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – qan yaddaşımızdır” adlı elektron məlumat bazası və “20 Yanvar – Ümumxalq hüzn və qürur günüdür” adlı ənənəvi kitab sərgisi təqdim olunub. Sərgidə mövzu ilə bağlı dövri mətbuat səhifələrində dərc olunan məqalələr də nümayiş olunur.