“QGallery”də Kamilla Muradovanın “Yaddaş. Müharibə DNT-si” adlı fərdi sərgisi açılıb.
Rəssam və pedaqoq Kamilla Muradova birinci təhsilinə görə mühəndisdir. İncəsənət sahəsində ikinci təhsilini Moskvada alıb. Bakıda keçirilən bir çox təlim seminarlarında və festivallarda iştirak edib. Hazırda onun əsərləri həmçinin “Yoxlanılıb, mina yoxdur” layihəsi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində də nümayiş olunur.
Kamilla Muradovanın “Yaddaş. Müharibə DNT-si” adlı sərgisi müharibə mövzusuna həsr olunub. Bədənin quruluşu və fəaliyyəti ilə bağlı bütün məlumatları ehtiva edən sonsuz DNT zəncirləri Kamilla üçün həyatı simvollaşdırır.