Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Xalq artisti Məleykə Əsədova ilə görüş keçirilib.

Aparıcı tədbiri açıq elan etdikdən sonra aktrisanın həyat və fəaliyyəti haqqında məlumat verib.

Məleykə Əsədova çıxışında sənətə gəlməyindən, yaratdığı obrazlar, sevdiyi rollar haqqında danışıb.

Daha sonra Xalq artisti şeirlər səsləndirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə "Qonağımız var" layihəsi çərçivəsində daha bir görüş Şağan qəsəbə Mədəniyyət Mərkəzində gerçəkləşib. Əməkdar artist, müğənni Mətanət İsgəndərli şağanlı musiqisevərlərin qonağı olub.

Görüşdə müğənninin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Sonra Mətanət İsgəndərli repertuarında bir neçə mahnı səsləndirib, tamaşaçıların suallarını cavablandırıb.