Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, Birinci Qarabağ müharibəsi veteranı Qəni Camalzadə ilə görüş keçirilib.
Dövlət Himni səsləndirildikdən sonra yazıçının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Qəni Camalzadənin əsərlərində real həyat həqiqətlərinin özünəməxsus ustalıqla qələmə alındığını vurğulayıblar.
Qəni Camalzadə çıxışında yaradıcılıq planlarından danışıb, əsərlərində cəmiyyəti düşündürən problemlərdən, xeyirlə şərin mübarizəsindən bəhs edib.
Sonda kitabxananın ədəbiyyat dərnəyinin üzvləri yazıçının “Qayçı” hekayəsi əsasında səhnəcik təqdim ediblər.