Mədəniyyət Nazirliyinin dəstəyi ilə yanvarın 26-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Qaya" Dövlət Ansamblının konserti keçiriləcək.
Konsertdə ansambl dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaşöhrətli "Arşın mal alan" operettasından musiqi nömrələrini səsləndirəcək.
Musiqi axşamında həmçinin xalq və bəstəkar mahnıları kvartetin interpretasiyasında təqdim ediləcək.