Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda Azərbaycan Gəncləri Gününə həsr edilmiş sərgi açılacaq.

Sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və ARİ-nin birgə təşkilatçılığı ilə reallaşacaq.

Ekspozisiyada gənc rəssamların təsviri sənətin əksər janrlarında olan əsərləri nümayiş olunacaq.

Fevralın ilk həftəsində ziyarətçilər üçün açıq olacaq sərgiyə giriş sərbəstdir.

Lalə