Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 2 nömrəli kitabxana filialının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şəhidlərə həsr olunmuş “Qəhrəman Vətən oğulları” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, kitabxana əməkdaşları iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin mərkəzdəki abidəsini ziyarət ediblər. 

Çıxışlarda 30 il düşmən tapdağında qalan torpaqlarımızın qəhrəman əsgər və zabitlərimizin qanı və canı bahasına azad olunduğu vurğulanıb.

Bədii hissədə şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri ifa edilib.

Sonda Vətən fədailəri haqqında videoslayd nümayiş olunub.