Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi çərçivəsində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında detektiv yazıçı Müşfiq Abbasovla görüş keçirilib.

Yazıçının həyat və yaradıcılığı haqqında videoçarx təqdim edildikdən sonra tədbir açıq elan edilib.

Müşfiq Abbasov bildirib ki, Azərbaycanda detektiv janrı ədəbiyyatın nisbətən gənc istiqaməti sayılsa da, hər zaman maraq oyatdığı üçün geniş oxucu kütləsinə malikdir. Daha sonra müəllif “- 4” , “Qan haqqı”, “Şeytanın siması” romanlarından söz açıb.

Sonda yazıçı tədbir iştirakçılarının suallarını cavablandırıb, oxucular üçün kitablarını imzalayıb.

***

Layihə çərçivəsində Şağan qəsəbə Mədəniyyət Mərkəzində müğənni Rüfət Axundovla görüş təşkil olunub. Müğənninin səsləndirdiyi mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib.