F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Dünya uşaq ixtiraçılar günü” (17 yanvar) nə həsr olunmuş tədbir keçirilib.

Yanvarın 24-də gerçəkləşən tədbirdə “Kaspi” liseyinin 2-ci sinif şagirdləri iştirak ediblər.

Məlumat verilib ki, bu tarix məşhur amerikalı siyasətçi, ixtiraçı, alim Benjamin Franklinin (1706–1790) doğum günü münasibətilə təsis olunub. Əlamətdar gün  gənc ixtiraçıların nailiyyətlərini qeyd etmək və daha çox uşaq və gəncləri yaradıcılığa həvəsləndirmək üçün yaradılıb.

Bildirilib ki, asudə vaxtlarını məktəbdənkənar təhsil müəssisələrində səmərəli keçirən uşaqlar arasında istedadlı ixtiraçı yetişir. Düşüncələri və xəyalları böyüklərlə müqayisədə qeyri-məhdud olduğu üçün uşaqlar daha asan ixtira edə bilirlər. Uşaqlarda elmə sevgi aşılamaq üçün onları erkən yaşda tanıtmaq lazımdır. Buna nail olmaq üçün elm uşaqlara sevdirilməli, onların ixtirası populyarlaşdırılmalıdır.