Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli Norveç bəstəkarı, pianoçu, dirijor Edvard Qriqə (1843–1907) həsr olunmuş konsert keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı məktəbin fortepiano ixtisası üzrə müəllimi, respublika və beynəlxalq müsabiqələr laureatı Nigar Heydərli bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, E.Qriq Norveçin klassik musiqisinin yaradıcısı hesab olunur.

Konsertdə bəstəkarın “Dağ kralının mağarasında”, “Norveç rəqsi”, “Halling”, “Ad günü”, “Elflərin rəqsi” kimi əsərlər məktəbin müəllim və şagirdlərinin ifalarında səslənib.

Sonda məktəbin direktoru Əməkdar artist, dosent Əziz Qarayusifli konsertin aparıcısına və iştirakçılarına təşəkkür edib.